Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2012-ci il dekabrın 27-də keçiriləcək. Bu barədə QDİƏT-in baş katibi Viktor Tsvirkun çərşənbə axşamı jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə iclasda təşkilatın inkişaf perspektivləri, həmçinin 2013-cü ilin yanvar ayında QDİƏT-də sədrliyin Türkiyədən Ukraynaya keçidi məsələsi müzakirə olunacaq. Eyni zamanda V.Tsvirkun görüşün yerini dəqiqləşdirməyib.
Bundan başqa, o qeyd edib ki, noyabrın 28-də QDİƏT-ə üzv ölkələrin nəqliyyat nazirləri İzmirdə toplaşacaqlar. Burada yük daşımaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.