SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ''Azəriqaz'' İstehsalat Birliyi çərşənbə axşamı Qobustan rayonunun Hilmilli kəndinə qaz verib. Bu barədə şirkətin məlumatında deyilir.
541 abonenti olan Hilmilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 24,5 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 369 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilədək Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.