Ötən il Kubada bədxassəli şişin kəsilib götürülməsi üzrə əməliyyat olunmuş Venesuela prezidenti Uqo Çaves müalicə kursunu davam etdirmək üçün yenidən Kubaya yola düşür. Bu barədə Britaniyanın BBC teleradio yayım korporasiyası xəbər verir.
Prezident konqresə müraciətində izah edib ki, o, sonuncu terapiya kursundan altı ay sonra planlı müalicədən keçməlidir.
Birinci dəfə U.Çaves 2011-ci ilin iyun ayında Kubada cərrahiyyə əməliyyatı olunmuşdu.