ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Qrossman dekabrda öz postunu tərk edəcək. Bu barədə çərşənbə günü onun mətbuat katibi Laura Lukas məlumat verib.
"O, bu vəzifədə demək olar ki, ikiillik xidmət müddətindən sonra dövlət katibi Hillari Klintonun razılığı ilə istefaya gedəcək", - deyə L.Lukasın bəyanatında bildirilir.
Öz növbəsində, prezident Barak Obama tərəfindən varisi təyin olunduqdan sonra istefaya gedəcək H.Klinton "diplomatik nailiyyətlər"inə görə M.Qrossmana təşəkkür edib.
M.Qrossman dövlət katibi tərəfindən ABŞ-da xüsusi nümayəndə vəzifəsinə 2010-cu ilin dekabrında Riçard Xolbrukun ölümündən sonra təyin edilib.