Səudiyyə Ərəbistanın kralı, Türkiyənin baş naziri və Mərakeş kralı İordanayada yerləşən Krallıq İslam Strateji Araşdırmalar Mərkəzinin illik nəşr etdiyi dünyanın ən nüfuzlu 500 müsəlmanının siyahısına başçılıq edirlər.
2012-ci ildə ilk dəfə bu siyahıya Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan prezidenti Emoməli Rəhmon daxil olublar.
Həmçinin dünyanın ən nüfuzlu 500 müsəlmanının siyahısına bir sıra Rusiyanın islam xadimləri daxildir: Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin, Tatarstanın prezidenti Rüstəm Minnixanov, Çeçenistanın rəhbəri Ramzan Kadlırov, Sankt-Peterburq və Rusiyanın Şimal-qərb regionunun müsəlmanlarının dini rəhbəri, Sankt-Peterburqda məscidin imamı Kafer Nəsbullahoğlu.
Reytinqdə yalnız ilk 50 yer nömrələnib, qalan 450-də siyahıda heç bir yer göstərilmədən nüfuzlu müsəlmanların adları qeyd edilib.
Dördüncü il ardıcıl olaraq birinci yerdə Səudiyyə Ərəbistanın kralı 89 yaşlı Abdullah bin Əbdüləzizdir. Onun xidmətlərindən 2006-cı ildən 2012-ci ilə qədər kralın şəxsi vəsaitindən müxtəlif humanitar fondlara $1,237 mlrd. vəsaitin köçürülməsi qeyd olunur.
İkinci yerdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandır. O reytinqin tərtib edilməsi dövr ərzində (2009-cu ildən etibarən) üçüncü yerdən aşağı düşməyib.
Lderlərin üçlüyünə Mərakeş kralı VI Məhəmməd daxildir. O da ənənəvi olaraq reytinqin ilk beşliyinə daxil olur. Mərakeş hökmdarı yoxsulluqla mübarizə, qadınların hüquqlarının genişləndirilməsi və insan haqqları uğrunda mübarizəyə görə reytinqə daxil edilib. Xüsusilə, VI Məhəmməd 2007-ci ildə keçmiş siyasi məhbus Əhməd Hərzənnini İnsan haqqları üzrə Məşvərət Şurasının rəhbəri təyin edib.
İlk 50-də həm də birmənalı olmayan fiqurlar daxildir. Dördüncü yerdə Rusiyada ekstremist terror təşkilatı kimi tanınan, Misirdə yerləşən “Müsəlmanlar qardaş” beynəlxalq dini-vətənpərvər assosiasiyanın lideri Məhəmməd Badi qərarlaşıb.
28-ci yerdə ABŞ, Kanada, İsrail, Niderland və Misirdə terror təşkilatı kimi tanınan “Hizbullah” Liviya hərbi şiə təşkilatının baş katibi Seyid Həsən Nəsrallahdır. 48-ci yerdə Avropa İttifaqı, ABŞ, Kanada, İsrail və Yaponiyada terror təşkilatı kimi tanınan və İordaniyada qadağan edilən Fələstinin “Həmas” Hərəkatının lideri Xalid Maşal qərarlaşıb.
İlk 50-nin siyahısında qadınlar da var: xüsusilə, bütün dünyada müsəlman qızların təhsil almaları üzrə layihələri dəstəkləyən, dünyada müsəlman qadınların ən iri birliyi Kubeysi Hərəkatına (Suriya) rəhbərlik edən 79 yaşlı Münirə Kubeysi. Həmçinin siyahıda İordaniya kraliçası Raniyə əl-Abdullah və Qətər Fondunun Prezidenti Muza bint Naser Əl-Misnedin adları var.
Krallıq İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatlarına əsasən, hazırda dünyada 1 mlrd. 650, 2 mln. müsəlman var, bu isə Yer kürəsinin bütün əhalisinin 23,4%-ni təşkil edir. Azərbaycan və Tacikistanda müsəlmanlar ümumi əhalinin müvafiq olaraq 98,4 və 99,9%-ni təşkil edir.Rusiyada 16,696 mln. müsəlman yaşayır (RF əhalisinin ümumi sayından 11,7%).