AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu az tanınmş Aərbaycan şairi Yusif bəy Ustaclının (XVI ə.) şerlərindən ibarət “Yusif bəy Ustaclı. Divan” kitabını nəşr edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbətində kitabı çapa hazırlayan, giriş sözünün müəllifi İnstitutun direktoru Paşa Kərimov məlumat verib ki, Yusif bəy Ustaclu zamanında tanınmış şəxsiyyət olub və yalnız şair kimi məşhur olmayıb. “O, Təbriz şəhərinin canişini, bir sıra tarixi hadisələrin şahidi və bilavasitə iştirakçısı olub. O zamanın hökmdarları onu yaxşı tanıyıblar”, - deyə o bildirib.
P.Kərimovun sözlərinə görə, məcmuənin nüsxəsi Londaondakı muzeydən gətirilib və müasir Azərbaycan əlifbasına tərcümə edilib. Kitaba 94 qəzəl, 3 rübai, həmçinin digər növ şərq şer üsulunun növləri daxildir.
Yeni kitab həm şərqşünas tarixçi, alimlər, həm də ədib, şair və tələbələrdə maraq doğurur.