Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Bu barədə rəsmi KİV məlumat verir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün İ.Əliyev Latviya Respublikasının baş naziri Valdis Dombrovskisi qəbul edib. Tərəflər Azərbaycan ilə Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıblar.
V.Dombrovskis iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə olan marağın göstəricisi kimi dəyərləndirib.