Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə “Avropa- Qafqaz-Asiya” nəqliyyat dəhlizi çərçivəsində “Silk Wind” layihəsinin reallaşdırılması üzrə memorandum imzalayıblar.
“Qaradəniz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında ticarət və nəqliyyata kömək mövzusunda Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq konfransda birgə nəqliyyat fəaliyyəti şəbəkəsinin inkişafı və yüklərin daşınmasının təşkili prinsipləri barədə memorandum imzalanıb”,- deyə Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
Sənəd Qazaxıstan Nəqliyyat nazirliyi, Azərbaycan Nəqliyyat Nazirliyi, Gürcüstran İqtisadiyyat və Sabit İnkişaf Nazirliyi, Türkiyə Nəqliyyat, Dəniz və Komuinikasiya Nazirlikləri tərəfindən imzalanıb.
Qazaxıstan nəqliyyat və kommunikasiya nazirinin müavini Kayrat Absattarovun sözlərinə görə, memorandum “Silk Wind” nəqliyyat qatarı marşrutunun təşkili layihəsinin həyata keçirilməsində birgə iş aparmaq üçün institutsonal və hüquqi əsas yaratmağa imkan verəcək
Layihənin məqsədi multimodal nəqliyyat qatarı marşrutunun yaradılmasıdır. Belə qatarda layihədə iştirak edən dövlətlərin gömrük xidmətləri, həmçinin dəmir yolu operatorları arasında informasiya mübadiləsinin aparılması üçün sistem fəaliyyət göstərəcəkdir.