“Azəryolservis” ASC Bakı-Şamaxı yolunun 4.91-116 km və 121.4-121.7 km hissələrində yenidənqurma və bərpa işləri üzrə məsləhətçi seçimi aparır.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Məsləhətçinin öhdəliklərinə avtomobil yolunun göstərilən hissələrində qruntun tədqiqi, ilkin layihənin, müfəssəl layihənin, tender sənədəri və köçürülmə üçün tədbirlər palanının hazırlanması daxildir.
İşlər DB-nin krediti hesabına maliyyələşdirildiyi üçün seçim DB-nin prosedurlarına əsasən aparılır
Seçimdə iştirak etmək istəyən şirkətlər dekabrın 18-nə qədər öz ərizələrini təqdim etməlidir.
Dünya Bankının Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması üzrə üçüncü layihənin həyata keçirilməsi üçün Azərbaycana $241,6 məbləğində kreditin verilməsini təsdiq edib. Kredit iki hissədən ibarətdir. $171,6 mln. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə verilib. Daha $70 mln. Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştliu müddət olmaqla 20 il müddətinə verilib.Layihənin ümumi dəyəri $356,15 mln. təşkil edir.Layihənin reallaşdırılması üçün lazım oilan vəsaitin qalan hissəsini Azərbaycan Hökuməti ayıracaq. DB-nin kredit vəsaitləri Bakı- Şamaxı yolunun 100 km-dan çox hissəsinin iki zolaqlıdan dörd zolaqlı yola qədər genişləndirilməsi, eləcə də magistral avtomobil yollarının idarə ediməsli və istismarına yani yanaşmaların tətbiqi üzrə araşdırmalar aparılması üçün istifadə olunacaq.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür.Əməkdaşlıq müddətində Azərbaycan Hökuməti DB ilə 44 layihə üzrə $3,13 mıəbləğində kredit müqaviləsi bağlayıb. Bankın Azərbaycanda 17 layihə üzrə cari kredit portfeli $2 mlrd. 264 mln. təşkil edir.