SSRİ xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Tahir Salahovun Bakının tarixi mərkəzində - İçərişəhərdə sərgisi açılıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Sərgidə rəssamın dövlətə hədiyyə etdiyi işlərlə yanaşı, onun şəxsi arxivindən eksponatlar da nümayiş etdiriləcək.
Sərgi ziyarətçiləri ümumilikdə 700-dən artıq eksponatla tanış ola biləcəklər.
Tədbir Tahir Salahovun ev-muzeyində keçirilir və rəssamın qarşıdan gələn ad gününə həsr olunub.
Sərginin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəhbərliyinin nümayəndələri, fırça ustaları və rəssamın sənətinin pərəstişkarları iştirak ediblər.