Bakıda Küveyt Dövlətinin Mədəniyyət Günləri keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Noyabr ayının 27-dən Küveytin mədəniyyət xadimləri Bakıdadır. Mədəniyyət Günləri dekabr ayının 2-dək davam edəcək.
Mədəniyyət Günləri çərçivəsində qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş, Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Yazıçılar Birliyində kitab təqdimatı keçiriləcək.
Bundan başqa, iki ölkə rəssamları, yazıçıları və şairləri musiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.