Dekabrın 4-dən 9-dək Bakıda VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, M.Rastropoviç Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq festival çərçivəsində dünyaca məşhur “Maggio Musicale Fiorentino” simfonik orkestri çıxış edəcək.
Tanınmış drijor Zubin Metanın rəhbərliyi altında keçiriləcək gecələrdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səsləndiriləcək.