İrəvan bu il noyabrın 13-də Azərbaycan-Ermənistan sərhədini qanunsuz keçmiş Azərbaycan vətəndaşı Telman Əliyevi Bakıya qaytaracaq.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti cümə axşamı xəbər verir ki, girovun qaytarılması prosesi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədinin Kayanavan məntəqəsində həyata keçiriləcək.
Noyabrın 13-də Ermənistan ərazisində Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşı saxlanılıb.
Azərbaycan tərəfi bəyan edib ki, çoban T.Əliyev azaraq təsadüfən sərhədin Ermənistan tərəfinə keçib.