Azərbaycan hökuməti 2013-2016-cı illərə idman infrastrukturunun yaxşılaşdırılmasına 429,7 mln. manat ümumi məbləğdə dövlət investisiyaları yatırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2013-cü ilə idman infrastrukturunun yaxşılaşdırılmasına 124 mln. manat, 2014-2016-cı illərdə - 305,7 mln. manat səviyyəsində dövlət investisiyaları nəzərdə tutulur”, - deyə hökumət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu vəsait Olimpiya İdman Komplekləri daxil olmaqla, idman obyektləri və tikililərinin tikintisinə yönəldiləcək.
Bundan başqa, dövlət investisiyaları idman infrastrukturunun əsaslı təmiri və yenidənqurulmasına sərf ediləcək.