Azərbaycan və MAQATE ortamüddətli əməkdaşlığa dair yeni sənəd imzalayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) texniki əməkdaşlıq üzrə layihə rəhbəri Andrey Çupov məlumat verib.
“Yeni sənəddə əməkdaşlığın altı prioritet istiqamətləri nəzərdə tutur. Bunlar radioaktiv tullantılarla çirklənmiş ərazilərin müəyyən edilməsi məqsədilə Abşeron yarımadasında qlobal monitorinq, nüvə texnologiyalarının tibb sahəsində tətbiq edilməsi və s.”, - deyə A.Çupov qeyd edib.
“Sənəd yaxın 5-6 il ərzində əməkdaşlıq edəcəyimiz ortamüddətli əməkdaşlıq istiqamətlərini müəyyən edir”, - deyə o əlavə edib.