MDB ölkələri arasında futbol üzrə çempionatın keçirilməsi ideyası ciddi müzakirə edilməlidir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) belə hesab edirlər.
“Düşünürəm ki, qərar qəbul etməmişdən öncə bu təklifi müzakirə etmək lazımdır. Bu ciddi məsələdir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bəyan edib.
Onun fikrincə, müsbət nəticə ideyanın reallaşdırma mexanizmindən asılıdır.
“İstənilən halda bu futbolun inkişafına xidmət edə bilər”, - deyə AFFA-nın nüayəndəsi bildirib.
Bu yaxınlarda “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller MDB ölkələri arasında futbol üzrə çempionatın keçirilməsi ideyasını ilə çıxış edib.