Ukrayna Azərbaycan qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya nəqlində iştirak etməkdə maraqlıdır. Bu barədə Ukraynanın energetika və kömür sənayesi nazirinin müavini Vladimir Makuxa bəyan edib.
“Azərbaycanda “Şahdəniz” qaz yatağı fəal işlənir. 2017-2018-ci illərdə hasil edilən qazın Avropaya nəql edən Trans-Anadolu qaz boru kəməri inşa ediləcək. Bizim üçün həmin layihədə iştirak etmək çox maraqlıdır. Bununla qazın müəyyən hissəsi Ukrayna ərazisinə yönəldiləcək və bu həmin qazı Avropaya tədarük etmək üçün istifadə etməyə imkan yaradacaq”, - deyə o Osloda Norveçin enerji sektorunun nümayəndələri ilə görüş zamanı çıxışında bildirib.
V.Makuxanın sözlərinə görə, TANAP vasitəsilə Avropaya qaz nəqlinin tarazlanması üçün Ukraynanın qərbində yerləşən yeraltı qaz anbarlarının istifadəsi məqsədəuyğundur.