Azərbaycanlı kinorejissorun “Mayak” filmi “Дебютное кино 2012” VI Moskva qısa metrajlı filmlər festivalında nümayiş olunacaq. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilib.
Filmin rejissoru Fariz Əhmədovdur.
Onun sözlərinə görə, festival noyabrın 29-dan dekabrın 4-nə qədər keçiriləcək.
“Filmdə dialoq azdır, hər şeyi görüntü-vizual mənzərə, daha çox mimika və jestlərdə ifadə olunan aktyor oyunu deyir. Artıq sözə, uzun-uzadı söhbətlərə ehtiyac qalmır”, - deyə məlumatda F.Əhmədova istinadən bildirilir.
Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib.