Prezident İlham Əliyev Nazirlər Kabinetinə pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması barədə tapşırıq verib. Bu barədə rəsmi mətbuat xəbər verir.
İ.Əliyevin sərəncamına müvafiq olaraq Konsepsiyanın layihəsi iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim edilməlidir.
Konsepsiya Azərbaycan Respublikasında vətəndaşların sosial müdafiəsi sisteminin, xüsusən də pensiya təminatı sisteminin müasir tələblərə uyğunlaşdırılmasını, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməsini nəzərdə tutur.