Vergilər Nazirliyi analitika, audit və proqnozlaşdırma sistemini təkmilləşdirməyi planlaşdırır. Bu barədə Vergilər Nazirliyinin elanında deyilir.
Bununla əlaqədar nazirlik yaddaşda hesablamaları yüksək sürətlə aparan analitik platformanın üzərində intellektual təhlil metodlarının tətbiqi üçün xüsusi proqram təminatları və avadanlıqlar satın almağı planlaşdırır.
Proqram təminatları və avadanlıqlar təkliflər sorğusu əsasında satın alınacaq.
Təkliflər 2012-ci il dekabrın 5-dək qəbul ediləcək.