Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 3 müavinini təyin edib. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
Dövlət başçısının sərəncamlarına əsasən, daha əvvəl Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışmış Əli Əsədov, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Zeynal Nağdəliyev və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Administrasiya rəhbərinin müavinləri təyin ediliblər.