Polşanın Malopolski vayevodasının Regional İnkişaf Agentliyi birgə layihələr həyata keçirmək üçün azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq yaratmağa hazırdır. Agentliyin eksperti Yaçek Adamçik Krakovda jurnalistlərə belə söyləyib.
“Biz regional təşkilat olaraq Azərbaycan regionlarında layihələr reallaşdırmaq istərdik. Polşa XİN Azərbaycanı iqtsadi əməkdalığın inkişafı üzrə prioritet ölkələr siyahısına daxil edib və sizin ölkənizdə layhələrə maliyyə dəstəyi göstərməyə hazırdır”,- deyə “İnterfaks - Azərbaycan” agentliyinin müxbiri Krakovdan Y.Adamçikə istinadən bildirir.
O kənd yerlərində abadlıq işləri və sahibkarlığın inkişaf etdirilməsi üzrə layihələrin həyata keçirilmə imkanlarınıəməkdaşlıq üçün nümunə göstrərib. “Bu əməkdaşlıq imkanlarına bir nümunədir, belə ki bizdə kənd yerlərində infrastrukturda problemlər vardı və biz onları həll edə bildik. Buna görə Azərbaycanda analoji problemlərin həllində köməyimizi təklif etmək istəyirik”,- deyə Y.Adamçik bildirib.
“Öz təşəbbüslərimizi həyata keçirmək üçün biz azərbaycanlı tərəfdaşları cəlb etmək və onlarla artıq konkret layihələr hazırlaqmaq istəyirik”,- deyə o əlavə edib.
Y.Adamçik Malopolski vayevodalığı haqqında da məlumat verib. Polşanın bu regionunda işsizlik ən aşağı səviyyədədrir-10,6 %, Krakovun özündə isə bu 5,4 % təşkil edir, halbuki bütövlükdə Polşa üzrə bu göstərici 12 %-ə bərabərdi.1990-2011-ci illərdə regiona qoyulan birbaşa investisiyalar $15 mlrd. təşkil edib. Malopolski regionunda biznesin əsas inkişaf istiqamətini turizm infrastrukturunun mövcüd olması səbəbi ilə xidmət və rabitə sahələri təşkil edir. Ətraf mühitin mühafizəsi ilə əlaqədar iri sənaye müəssisələri çox azdır.