SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə günü Füzuli rayonunun Birinci Mahmudlu kəndinə qaz verməyə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
160 abonenti olan Birinci Mahmudlu kəndinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 15168 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 160 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilədək Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə qədər artırmağı planlaşdırır.