Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Kərim cümə axşamı BMT Baş Asambleyasında səsvermə zamanı Fələstin tərəfinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
“Azərbaycan BMT-də müşahidəçi ölkə olan Fələstinin lehinə səs verməyib, həm də həqiqətdə ölkəmə olan mövqeyini nümayiş edib”, - deyə diplomat “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Cümə axşamı BMT Baş Asambleyası Fələstinə təşkilatda müşahidəçi ölkə statusu verilməsinə səs verib.