Azərbaycan Beynəlxalq Bankın Müşahidə Şurasının qərarı ilə idarə heyətinin yeni tərkibi təsdiq edilib. Bu barədə bankın məlumatında bldirilir.
Müşahidə Şurasının qərarı ilə Emil Mustafayev bankın idarə heyətinin sədrinin birinci müavini və idarə heyətinin üzvü, Vaqif Əkbərov və Qubad Hüseynov – idarə heyətinin sədrinin müavinləri və idarə heyətinin üzvləri qismində işi davam etdirəcəklər.
ABB-nin Mərkəzi xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışan Rəşad Hacıyev idarə heyətinin sədrinin müavini və yeni üzv təyin edilib.
Bankın idarə heyətinin üzvlərinin səlahiyyətləri 2015-ci il iyul ayına qədər qüvvədədir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.