Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın ali məktəblərə daha artıq sayda ukraynalı tələbələr cəlb etməyə çalışır. Bu barədə səfir Aleksandr Mişenko məlumat verib.
“Ukraynalıların Azərbaycana səfər etmələri üçün biz hər üsulla əlaqələr qururuq. Energetika sahəsində mütəxəssis olmaq istəyənlərin bura təhsil almaq üçün gəlmələri çox vacibdir”, - deyə səfir cümə günü Ukraynanın ali təhsil sisteminə həsr olunan “Xaricdə keyfiyyətli təhsil – hər kəs üçün” adlı təqdimatda bəyan edib.
Onun sözlərinə görə, təhsil sahəsi iki öılə arasında ən fəal inkişaf edən əməkdaşlıq istiqamətlərindən biridir.
A.Mişenko həmçinin məlumat verib ki, bu gün Ukraynada Azərbaycandan 4036 tləbə təhsil alır. Həm də azərbaycanlı tələbələrin sayı ildən ilə artır.
“Bu gün burada Ukraynanın dörd ali məktəbinin nümayəndələri iştirak edir. Ölkəmizdə Azərbaycan gənclərinin uğurla təhsil almaq üçün hüquqi xarakterli şərtlər yaradılıb”, - deyə diplomat vurğulayıb ki, buna diplomların qarşılıqlı tanınması haqqında hökumətlərarası müqavilələr, Ukraynada ali təhsilin yüksək keyfiyyəti və Ukrayna əhalisinin azərbaycanlılara dost münasibəti buna imkan yaradır.
Ukrayna Elm və Təhsil, İdman və Gənclər Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycandakı nümayəndəsi Aydın Novruzov məlumat verib ki, 2008-2012-ci illər ərzində Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı üç dəfə artıb.
Təqdimatda Ukrayna Elm və Təhsil, İdman və Gənclər Nazirliyinin “İnformasiya-imic mərkəzi”nin, Odessa Politexnik Universitetinin, Donetsk Milli Universitetin, Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq Əməkdaşlıq nümayəndələri iştirak ediblər.