Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərboru (Sumqayıt boru prokat zavodu - İF-Az) İstehsalat Birliyinin dövlət nəzarətində olan səhm paketinin özəlləşdirilməsi məqsədi ilə məsləhətçi seçimi üçün tender elan edib. Bu barədə komitənin elanında bildirilir.
Tenderin şərtlərinə əsasən, məsləhətçinin öhdəliklərinə aşağıdakılar daxildirt; müəssisənin təsərüffat- maliyyə fəaliyyətinin trəhlilini və beynəlxalq standartlara uyğun qiymətləndirməsini aparmaq, müəssisənin özəlləşdirilməsi zamanı investorlar üçün tövsiyələrin, o cümlədən investisiylaların həcminə dair məsləhətlərin hazırlanması daxildir.
Məsləhətçilərin təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlar nəzərə alınacaq: məsləhətçinin xidmətlərinin dəyəri, analoji işlərin aparılması sahəsində təcrübə, kadr potensialı.
Tenderdə həm yerli, həm də xarici investorlar da iştirak edə bilərlər.
Tender təklidfləri 2013-cü il yanvarın 17-dək qəbul ediləcək.Tender proseduru yanvarın 18-edə baş tutacaq. Tenderdə iştirak üçün dövlət rüsumu 1000 manat təşkil edir.
1976-cı ildə istismara verilmiş “Azərboru” İb-in layihə gücü ildə 700 min boru istehsal etməyə imkan verir.
Britaniyanın “Targol Investment” şirkəti 2002-ci ilin avqust ayında Azərboru İB-in səhmlərinin 97,39 %-ni əldə edib. 2006-cı ilin birinci rübündə şrkət investisiya öhdəliklkərini yerinə yetirmədiyi üçün müqavilə ləğv edilib.ƏMDK-nin monitorinqləri göstərdi ki, “Targol Investment” üçillik investisiya proqramında nəzərdə tutulan $50 mln. əvəzinə müəssisəyə $4,7 mln. investisiya yatırıb.Bundan başqa, şirkət zavodu yerli banklara girov qoymaqla $6,7 mln. məbləğində kredirt götürərək müəssisəni əlavə öhdəliklərələ yükləyib.