“Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf konsepsiyası təsdiq edildikdən sonra müxtəlif sahələrdə qoyulan strateji məqsədlərə çatmaq üçün məqəsdyönlü proqraqmlar hazırlanacaq və qəbul ediləcək.Prezident Administrasiyasımnın rəhbəri Ramiz Mehdiyev belə söyləyib.
“Konsepsiya orta və uzunmüddətli iqtisadi proqnozlara əsaslanacaq ki, bu da qoyulan məqsədlərə çatmaq üçün resurslardan səmərəli şəkildə istifadəni təmin edəcək”,- deyə R.Medtiyev konsepsiya layihəsinin təqdimatı üzrə beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azəbaycan konsepsiya çərçivəsində innovasiya və müasirləşdirmə fəaliyyətində yeni mərhələyə qədəm qoyur ki, bu da Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artmasına və onun dünya iqtisadsiyyatına səmərəli inteqrasiyasına kömək edəcək.
“Konsepsiyanın fəaliyyət müddətində, bütün bu tədbirlər ölkədə adambaşına düşən ÜDM-nin iki dəfə- $13 minə qədər artmasına imkan verəcək”,- deyə R.Mehdiyev vurğulayıb.
O qeyd edib ki, konsepsiya insan kapitalının inkişaf etdirilməsini, eləcə də sosial rifah və həyat şəraitinin yüksəldilməsini nəzərdə tutur.