Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları 39 narkomanı və narkotik maddə alverində şübhəli bilinən 3 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlardan ümumilikdə 19,25 qram marixuana, 4,139 qram heroin və 2,062 qram tiryək müsadirə edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçisindən 4 kq 555 qram marixuana götürülüb.