2012-ci ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 8 mlrd. 630 mln. 972 min 902,75 manat təşkil edib ki, bu da ötən ilin 11 ayının göstəricisindən 31,65% çoxdur. Bu barədə birjanın məlumatında deyilir.
Ümumi dövriyyədən 91,16% əqd dövlət qiymətli kağızlarının payına düşür. Onların həcmi 7 mlrd. 867 mln. 819 min 64,64 manat (artım 33,09%), korporativ sektorda əqdlər 763 mln. 153 min 838,11 manat (artım 18,46%) təşkil edib.
Hesabat dövründə ilkin bazarda 98 mln. 537,112 min manat (azalma 57,54%), təkrar bazarda 21 mln. 29,02 min manat (azalma 49,41%) məbləğində DQİ yerləşdirilib.
2012-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirilmənin həcmi 811 mln. 733,045 min manat (artım 37,03%), təkrar bazarda - 138 mln. 209,487 min manat (artım 14,4%) təşkil edib. Repo əməliyyatları 6 mlrd. 798 mln. 310,4 min manat (artım 35%) təşkil edib.
Hesabat dövründə ilkin bazarda yerləşdirilən korporativ istiqrazların həcmi 37 mln. 635,335 min manat (azalma 43,44%), təkrar bazarda 325 mln. 946,685 min manat (azalma 19,55%) təşkil edib.
Yanvar-noyabr aylarında birja meydançasında 387 mln. 479,137 min manat (artım 4,3 dəfə), təkrar bazarda 12 mln. 92,680 min manat həcmində səhm (artım 47,37%) yerləşdirilib.