2011-2015-ci illər üçün nəzərdə tutulan “Rus dili” Məqsədli Federal proqramı çərçivəsində Azərbaycanın şimal rayonlarında rus dili müəllimləri üçün “Müasir məsafə texnologiyalarının rus dilinin tədrisində istifadəsi” mövzusunda üç günlük elmi -praktik konfrans keçirilib. Bu barədə “ İnterfaks- Azərbaycan” agentliyinə “Rossotrudniçestva”nın Azərbaycandakı nümayənəliyinin rəhbəri Ənvər Şeyxov məlumat verib.
Konfrans Rusiya tədris proqramlarının Azərbaycan təhsil mühitinə uyğunlaşması və inteqrasiyası məqsədi daşıyır.
Konfransda çıxış edən Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Larisa Atkina, “Açıq rus məktəbi” qeyri kommersiya təhsil müəssisəsinin metodisti Maksim Osmolovski və başqaları Azərbaycanda rus dili və mədəniyyətinə olan marağın sevindirici olduğunu bildirərək, gələcək əməkdaşlıq üçün yeni istiqamətlərin işlənməsini və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
L.Atkina Moskva Dövlət Pedoqoji Univesitetinin rus.mgpu.ru adlı saytının təqdimatını keçirib və individual metodik işlərin bu saytda dərc edilməsini təklif edib.
Konfrans çərçivəsində Rusiya nümayəndə heyətinin üzvləri rus və azərbaycan dilində təhsil alan 4-5-ci siniflərdə açıq rus dili dərslərində işçtirak ediblər.
Konfrans günlərində rusiyalı müəllimlər “ İkinci dil olaraq rus dilinin tədrisində testlərin rolu”, “Rus dili olimpiadasına hazırlıq zamanı layihə fəaliyyətinin təşkili” və “Yuxarı siniflərdə müasir ədəbiyyat dərsi modeli” mövzularında ustad dərsləri keçiblər.
Konfransın işində Xaçmaz, Quba, Qusar, Siyəzən və Dəvəçi rayonlarından 150-yə yaxın müəllim iştirak ediub. Konfrans Moskva Pedoqoji Universiteti və “Possotrudneçestva” Federal Agentliyi tərəfindən təşkil olunub.