2012-ci ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Noyabrda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,5% ucuzlaşıb. Camışın qiymətində 6,8%, qoyun və keçi yununun qiymətində 2,3% ucuzlaşma qeydə alınıb.
Hesabat ayında inəyin istehsalçı qiymətləri 0,8%, diri qoyun və keçilərin 0,2%, mal, qoyun, donuz və quş ətinin müvafiq olaraq 1,4%, 0,1%, 2,2% və 0,6%, yumurtanın istehsalçı qiymətləri isə 0,7% bahalaşıb.
Noyabr ayında çoxillik bitkilərin istehsalçı qiymətləri 5,9% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,4% ucuzlaşıb.
Həmin ay qarğıdalının istehsalçı qiymətləri 2,8%, kələmin 2,5%, göyərtilərin 4,3%, kartofun istehsalçı qiymətləri 5,9%, limonun istehsalçı qiymətləri 9,1%, naringinin 12%, feyxoanın 8,7%, şabalıdın 0,9%, qozun istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.
Noyabrda buğdanın istehsalçı qiymətləri 2,7%, yerkökünün 4,7%, xiyarın 0,9%, pomidorun 1,2%, badımcanın 0,7%, bibərin 7,6%, baş sarımsağın 0,8%, qurudulmuş noxudun 6,6%, yoncanın istehsalçı qiymətləri 0,8%, narın istehsalçı qiymətləri 15,7%, xurmanın 21,6%, almanın 4,9%, armudun 0,2%, heyvanın 25,2%, fındığın istehsalçı qiymətləri 3,6% bahalaşıb.
Hesabat ayında meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 3,7% bahalaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,3% ucuzlaşma müşahidə olunub.