Qəbələ Elektrik Şəbəkəsində qışa hazırlıq çərçivəsində təmir-bərpa işləri həyata keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna elektrik şəbəkəsindən məlumat verilib.
Qışa hazırlıq çərçivəsində “Qəbələ” yarımstansiyasında və Nic stansiyasında cari təmir işləri aparılıb.
Bundan başqa, 35,29 km uzunluğunda elektrik ötürücü xətlərinin təmiri aparılıb, Qəbələ şəhəri, Vəndam qəsəbəsi, Prəlli və Zarağan kəndlərində 0,4 kilovoltluq hava xətləri SİP kabelləri ilə əvəz olunub.
Rayonda istehlakçıların dayanıqlı elektrik təchizatı məqsədi ilə Qəbələ Elektrik Şəbəkəsinin xidməti ərazisində 51 ədəd 10/04 kilovoltluq yarımstansiya təmir edilib, 2 ədəd transformator yenisi ilə əvəz olunub.