Azərbaycan Milli Elmlər Akademiyası Minillik Toxum Bankı ilə əməkdaşlığa dair memorandum imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə AMEA-dan məlumat verilib.
Memorandumu AMEA-nın prezidenti Mahmud Kərimov və Kyu Kral Botanika Bağının canlı kolleksiya və mühafizə bölməsinin müdiri Tim Entvisle imzalayıblar.
Memorandumun imzalanması Azərbaycan mütəxəssislərinin biomüxtəlifliyi qorumaq, tədqiqatların təşkili, kolleksiyaların herbarilərlə zənginləşdirirlməsinə dair fəaliyyətlərini gücləndirməyə imkan yaradacaq, tərəflər arasında informasiya mübadiləsini və alimlərimizn Avropa məlumatlar bazasından istifadəsini təmin edəcək.
Həmçinin gənc kadrların, o cümlədən botanikanın yeni istiqamətləri sahəsində treninqlərin hazırlanması nəzərdə tutlur.
Tərəflər arasında AMEA-da Botanika muzeyinin yaradılması üçün bir sıra layihələrin reallaşdırılması və Azərbaycan tərəfinin innovasiya imkanları təcrübəsindən istifadə etmək planlaşdırılır.
Minillik Toxum Bankı Kral Botanika Bağının struktur bölməsidir. Ümumilikdə, burada planetdəki 30 mindən çox bitki növünə aid 2 milyard toxum saxlanılır.