“Əmrahbank” Səudiyyə İnkişaf Fondundan $4 mln. kredit cəlb edib.Bu barədə bankın saytında məlumat verilir.
Bankın məlumatına əsasən, bu Fondun Azərbaycanın bank sektoru ilə ilk sazişidir. Fond əvvəllər Azərbaycanın dövlət sektorunda əməliyyatlari kredirtləşdirib.
Kredit vəsaitləri əsasən ixrac üzrə ticarət əməliyyatlarının sığortalanmasına istifadə ediləcək.
Məlumatda “Əmrahbankın” Müşahidə Şurasının sədri Yunis İldırımzadəyə istinadən bildirilir ki, “ saziş iki ölkə arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək. “Vəsaitlər Səudiyyə Ərəbistanından Azərbaycana ixracata dəstək üçün nəzərdə tutulub və yerli iş adamları, eləcə də şirkətlər üçün yeni imkanlar açır”,- deyə o bildirib.
“Əmrahbank”ASC 1993-cü ildə yaradılıb.Bankın səhmdarları Beynəlxalq İnvestisiya Bankı(49%) və fiziki şəxslərdir(51%).
Səudiyyə İnkişaf Fondu milli iqtisadiyyatın inkişafı məqsədi ilə yaradılmış dövlət təşkilatıdır.Hazırda Fond Pakistan, Sudan, Türkiyə kimi ölkələrə ixrac proqramlarını uğurla həyata keçirir.