Bakıda V.Səmədova adına sərgi salonunda gürcü rəssam-sürrealist Ramaz Ramzadzenin fərdi sərgisi açılıb.
Sərgini Rəssamlar İttifaqının sədri Fərxad Xəlilov giriş sözü ilə açıb. Həmçinin rəssamın dostu, əməkdar rəssam Fərman Qulamov, Kiyevdə yaşayan və Azərbaycan mədəniyyətinin təbliğatı ilə məşğul olan Həbib Əliyev və b. çıxış ediblər.
İştirakçılar gürcü rəssamının bacarığını, ətrafdakı gerçəkliyə laqeyd qalmadığını, kifayət qədər reallığı əks edən əsərlərinin qeyri-adi sürrealizmini qeyd ediblər. Onun əsərləri zərifdir, eyni zamnada çoxmənalı və psixolojıdır.
Sərgidə ümumi təxminən 70 əsər təqdim edilib. Onların arasında Bakı şəhərinə həsr olunan əsərlər də var. Sərgi dekabrın 8-dək davam edəcək.