Çərşənbə axşamı Şimali Atlantik Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasında Türkiyədə “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə dair qərar qəbul edəcək. Bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib.
“NATO-nun bu gün Türkiyənin hava müdafiəsinin gücləndirilməsinə dair qərar qəbul edəcəyini gözləyirəm”, - deyə NATO-nun baş katibi “Twitter”-də yazıb.
O izah edib ki, “bu yalnız müdafiə məqsədi güdür, “uçuşa qadağan elan edilən zona” yaratmaq üçün deyil”.
Xəbər verildiyi kimi, NATO çərşənbə axşamı xarici siyasət idarələrinin başçılarının görüşü zamanı ABŞ, Hollandiya və Almaniyanın təqdim edəcəkləri “Patriot” zenit-raket komplekslərinin Türkiyənin cənubunda yerləşdirilməsi, o cümlədən onların istifadəsi üçün 300-400 hərbçi göndərmək planını təsdiq etməyi planlaşdırır.
Modifikasiya olunmayan “Patriot” zenit-raket kompleksləri 80 km əhatə dairəsinə malikdir.
NATO nümayəndələrinin məlumatına əsasən, Türkiyəyə göndərilən zenit-raket kompleksləri yalnız Suriyanın ballistik raketlərinin ələ keçirilməsi üçün modifikasiya olunacaq və Türkiyə-Suriya sərhədini keçməməsi üçün 80 km əhatə dairəsinə malik olacaqlar.