Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də Brüsselə səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev çərşənbə axşamı brifinqdə məlumat verib.
“Nazirin səfəri NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) üzv ölkələrinin iclasında iştirak etməklə əlaqədardır”, - deyə E.Abdullayev bildirib.
İclas çərçivəsində E.Məmmədyarov həmçinin ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Sonra E.Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında iştirak etmək üçün Dublinə gedəcək. Dekabrın 5-7-nə İrlandiyaya nəzərdə tutulan səfər zamanı XİN başçısının iclasda çıxışı, o cümlədən ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.