Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların mərkəzləşdirilmiş qaydada təyinatının avtomatlaşdırılması üçün proqram təminatının alınmasına dair tender elan edib.
Fondun tender elanına əsasən, tenderdə iştirak etmək istəyən şirkətlərdən təkliflər 2013-cü il yanvarın 18-nə qədər qəbul olunacaq. Tender proseduru yanvarın 21-də keçiriləcək.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manat təşkil edir.