Avropa İttifaqı Prezident İlham Əliyevin 2013-0ü ildə keçiriləcək seçkilərdə dövlət başçısı postuna yenidən seçilmək şansını yüksək qiymətləndirir. ATƏT-in Bakı ofisinin rəhbəri Rolan Kobia jurnalistlərə belə bildirib.
“Aİ plüralizm tərəfdarıdır. Mən hesab edirəm ki, Azərbaycan prezidenliyinə seçkilərdə istənilən arzu edən şəxs iştirak etməlidir”,- deyə R.Kobia jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda fəaliyyətdə olan prezident İlham Əliyevin yenidən seçilmək şansı çox yüksəkdir. Belə ki “onu hamı tanıyır və o çox iş görüb”.
Azərbaycanda prezident seçkiləri 2013-cü ilin oktyabr ayında keçiriləcək.İ.Əliyev 2003 və 2008-ci illərdə Azərbaycan Prezidenti postuna seçilib.
Ölkə konstitutsiyası bir nəfərin dəfələrlə prezident seçilməsinə məhdudiyyət qoymur.