“McAfee” kompyuter antivirusunun yaradıcısı Con Makafi Belizdən qaçdıqdan üç həftə sonra Qvatemalada üzə çıxıb.
BBC telakanalının xəbər verdiyi kimi, Beliz polisi amerikalı milyoneri qonşusunun ölüm işi ilə bağlı istintaqda dindirmək üçün axtarırdı.
C.Makafinin sözlərinə görə, o həmvətəni Qreqori Folun ölümündə günahkar deyil.Xatırladaq ki, onların hər ikisi Karib dənizi adalarından birində yaşayıblar və Qreqori Fol orada güllələnib.
Milyonçu Beliza hökumətini ittihamı saxtalıaşdırmaqla təqsirləndirir.Onun dediyinə görə, bu yerli siyasətçilərə rüşvət verməkdən imtina etdiyinə görə ondan qisas almaq üçün edilib.
Amerikalı milyonçunun maraqlarını təmsil edən vəkil bildirib ki, C. Makafi Qvatemaladan siyasi sığınacaq istəməyə hazırlaşır.