“Rossotrudneçestva”nın Azərbaycan nümayəndəliyi dekabrın 4-də tarix və ədəbiyyat üzrə inteqrasiya edilmiş açıq dərs təşkil edib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbir Sumqayıt şəhərində 11 nömrəli orta məktəbdə, Rusiyanın 1812-ci il Böyük Vətən müharibəsində qələbəsinin 200 illiyi və Rusiya dövlətçiliyinin yaradılmasının 1150-ci illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb.
11-ci sinifdə keçirilən məşğələdə məktəb rəhbərliyi, Sumqayıt təhsil idarəsinin nümayəndələri, təhsil müəssisəsinin və “Rossotrudneçestva”nın əməkdaşları işltirak ediblər.
Müasir texniki tədris vəsaitlərindən istifadə edilən açıq dərs yüksək səviyyədə keçib.Dərslər təcrübəli pedoqoqlar - ədəbiyyat müəlliməsi Qalina Krupina və tarix müəlliməsi Lyubov İsmayılova tərəfindən keçirilib.
Şagirdlər 1812-ci il Vətən Müharibəsinin qəhrəmanları barədə məlumatlar hazırlayaraq, müharibənin başlanma səbəbləri, önəmli mərhələləri, müharibədə rus xalqının qəhrəmanlığı barədə danışıblar. Yuxarı sinif şagirdlərinin çıxışları fotoslaydların nümayişi ilə tamamlanıb.
Şagirdlər 1812-ci il hadisələrinin böyük rus şair və yazıçıları A.S.Puşkin, M.Y.Lermontov, M.İ.Qlinka, V.A. jukovski, L.N.Tolstoy və digər ədiblərin yaradıcılığına təsirindən söhbət açaraq onların əsərlərindən parçalar səsləndiriblər.