Cari ilin dekabr ayının 19-21-də Bakıda "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkil etdiyi tədbirin məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsi və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.