Vergilər Nazirliyi 2012-ci ilin noyabr ayında 4 483 vergi ödəyicisinin fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Nazirliyinin məlumatına görə, 2 287 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozub, 529 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edib.
Bundan başqa, 491 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğunu, 448 vergi ödəyicisinin vergi uçotunda olmadığını aşkar edib.
Nazirliyinin məlumatına görə, noyabr ayında vergi orqanları tərəfindən 530 obyektdə 850 əməkdaş əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkar edilib.
Hesabat ayında 110 hüquqi və fiziki şəxslər tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı aşkarlanıb.
Bundan başqa, 88 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış malların satışı ilə məşğul olduğu müəyyən edilib.