Azərbaycanlı rejissor Elxan Cəfərovun “Dolu” bədii filmi dekabrın 6-dan 9-dək Rusiyanın bir neçə şəhərlərində nüayiş ediləcək. Bu braədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Film Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində nümayiş olunacaq.
Qarabağ müharibəsindən bəhs edən “Dolu” bədii filmi 2012-ci ildə azərbaycanlı rejissor Elxan Cəfərov tərəfindən filmin ssenari müəllifi olan Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilib.
Film dövlət sifarişi əsasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. Filmin bəstəkarı Polad Bülbüloğludur.
Filmin çəkilişləri İsmayıllıAğdam və s. rayonlarında aparılıb. Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkilib.
Filmin premyerası 2012-ci il avqustun 2-də “Nizami” Kino Mərkəzində, Azərbaycanın Milli Kino Günündə keçirilib.
Bədii filmin yaradılmasına korpus komandiri, Azərbaycanın milli qəhrəmanı Rövşən Əkbərov yardım edib.
Filmdə Qarabağ müharibəsi zamanı kiçik könüllülər dəstəsinin aradan qaldırdığı çətinliklərdən bəhs edir. Həmçinin erməni hərbi formalaşmaların Ağdamı ələ keçirmək haqqında bəhs edir. Filmin sonunda dəstənin komandiri cəbhə xəttindən erməni ərazisinə keçib. Eyni zamanda onun ətrafında cəbhə yoldaşlarının – Əjdaha, Pələng və s. fiqurları peyda olur.