Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin yeni təyin edilmiş səfiri Alper Coşkunu və Kubanın yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Görüş zamanı A.Məhərrəmov qonaqlara BDU-nun fəaliyyəti, universitetin beynəlxalq münasibətləri, o cümlədən Kuba və Türkiyə universitetləri ilə əməkdaşlıq haqqında məlumat verib.
Rektor həmçinin səfirlərin fəaliyyətinin ölklərimiz arasında münasibətlərin möhkəmlənməsinə, BDU-nun Kuba və Türkiyə universitetlərilə əməkdaşlığına imkan yaradacağına ümid etdiyini bildirib.
Səfirlər əməkdaşlığın dərinlşməsində maraqlı olduqlarını qeyd ediblər. Qarşılıqlı maraq kəsb edən danışıqlardan sonra səfirlər BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar.