“Bank Standard” “Monex” təcili pul köçürmələri sisteminə qoşulub. Bu barədə bankın məlumatında deyilir.
Bu sistem Azərbaycan ərazisində hesab açmadan ən sərfəli tariflərlə 10 dəqiqə ərzində pul köçürmələri həyata keçirməyə imkan verir.
Bu sistem vasitəsilə müştərilər Bakı, Ağcabədi, Astara, Bərdə, Biləsuvar, Beyləqan, Qəbələ, Qax, Gəncə, Goranboy, Zaqatala, Göyçay, Quba, Qusar, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xırdalan, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Sumqayıt, Tovuz və Yevlax şəhərlərinə pul göndərə və ya ala bilərlər.
Pul köçürmələri milli valyuta ilə – manatla həyata keçirilir.
“Bank Standard” 1995-ci ildə fəaliyyət üçün lisenziya alıb və hazırda Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir.