2012-ci ilin noyabr ayında Azərbaycanda yükdaşıma tarifləri oktyabr ayı ilə müqayisədə 0,4% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Statistik məlumatlara görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 8,9%, idxal üzrə 2,9% ucuzlaşıb, ixrac üzrə 0,2%, tranzit üzrə isə 3,1% bahalaşıb.
Noyabr ayında Azərbaycanda sərnişindaşıma tarifləri oktyabr ayı ilə müqayisədə 4% bahalaşıb. Bununla yanaşı, sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 3,3% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri uyğun olaraq 10,8% və 10,2% bahalaşıb, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,2% ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8% bahalaşıb.
Noyabr ayında telekommunikasiya sahəsində mobil telefon rabitəsi üzrə tariflər 3,9% bahalaşıb.