Azərbaycanda dinlərarası tolerantlıq qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)sədri Elşad İskəndərov Vaşinqtonda keçirilən “Dinlərarası anlaşma və dialoq” mövzusunda dəyirmi masanın işi zamanı belə söyləyib.
İştirakçılara Azərbaycanda iudizm, xristianlıq , islam tarixi və Qafqaz Albaniyasının dini mədəni irsi barədə məlumat verən komitə sədri qeyd edib ki, çox qədim dövrlərdən burda yaşayan müxtəlif millət, mədəniyyət və dinlərin nümayəndələri ölkənin nadit mədəniyyətinə öz töhfələrini vermişlər. E.İskəndərob İ.Əliyevin sözlərindən sitat gətirərək deyib. “Multikulturalizm Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsidir.
O həmçinin, qeyd edib ki, bir sıra nüfuzlu ekspertlər Azərbaycandakı dinlərarası dialoqun beynəlxalq səviyyədə yayılması üçün dinlər arası dialoq və tolerantlıq mərkəzinin yaradılmasını təklif edirlər.