2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 15,4 mlrd. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövründə əhali ticarət obyektlərindən 8,6 mlrd. manatlıq ərzaq və 6,8 mln. manatlıq qeyri-ərzaq malları alıb. Alınmış analoji malların həcmi 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə müvafiq olaraq 2,4% və 19,9% artıb.